Sumqayıtda obyekt yanıb. Sumqayıt24 bu haqda 20 yanvar tarixində xəbər verir.
Hadisə gecə saatlarında İnşaatçılar küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və üç ədəd texnikası yanğının söndürülməsinə cəlb olunub. Onlar alovun qarşısını səhər ala biliblər.
Məlumata görə, insanlar arasında xəsarət alan olmayıb.