Sumqayıt şəhərində 33 yaşlı kişi itkin düşüb. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə İnşaatçılar yaşayış massivində qeydə alınıb. Şəhər sakini Nemət Veysəlov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı polis məlumatlandırılıb.