Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gənclər arasında intellektual yarış keçirilib. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Turnir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi, Sağlam Düşüncə Gənclər Təşkilatı və 3sual.az intellektual platforması tərəfindən təşkil olunub.
6 raunddan ibarət olan oyunun sonunda ilk 3 yerin sahibləri kubok, medal və sertifikatla təltif olunublar.