Sumqayıtda “Düşüncədən ünsiyyətə” layihəsinin növbəti tədbiri keçirilib. Bu haqda 22 fevral tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən təşkil olunan tədbir “İstedad” liseyində baş tutub. Görüşdə mərkəzin psixoloqları, yoqa və müalicəvi bədən tərbiyəsi üzrə təlimatçılarından, həmçinin əlilliyi olan şəxslərdən ibarət komanda iştirak edib.
Psixoloqların keçirdiyi qrup terapiyasında şagirdlərin imtahanqabağı streslə mübarizəsi, özgüvən hissinin artırılması, həyəcan-təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərinin inkişafı mövzularında təlim keçirilib.