Sumqayıtda dəm qazından zəhərlənən işçilərin son durumu açıqlanıb. Bu haqda 9 fevral tarixində Sumqayıt24 Bizim.Media.az-a istinadən məlumat verir.
Xəbər verildiyi kimi, istehsal müəssisəsində işləyən 4 qadın dəm qazından zəhərlənib. Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə yerləşdirilən yaralılara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri yaxşılaşdıqdan sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.