Sumqayıtda itkin düşən yeniyetmə tapılıb. Sumqayıt24 bu haqda 10 may tarixində xəbər verir.
Hadisə mayın 9-da 18-ci məhəllədə baş verib. 17 yaşlı Nəzrin Alməmmədova yaşadığı evdən qonşuya kitab vermək adı ilə çıxmış və geri qayıtmamışdı. Ailəsi onun axtarılması üçün polisə müraciət etmişdi.
Əldə etdiyimiz məlumata görə, qız dünən axşam saatlarında tapılıb. O, hazırda qohumlarının evindədir.