Sumqayıtda itkin düşən kişinin meyiti tapılıb. Bu haqda 12 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, fevralın 4-də 48 yaşlı Rüfət Abdullayev “BTZ” bağlarındakı kafedən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun meyiti Ceyranbatan bağları ərazisində aşkarlanıb. Onun öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.