Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Bu haqda 18 may tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Tibbi müayinələr ölkənin bir sıra tibb məntəqələri ilə yanaşı, Sumqayıt Tibb Mərkəzində də aparılıb.
Müayinələrin aparılmasında əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Füzuli rayonuna ümumilikdə 680 ailə, yəni 2557 nəfər TƏBİB-nin tabeliyində olan tibb müəssisələrində tibbi müayinədən keçirilib.