Sumqayıtda 42 yaşlı Elşən Mahmudov intihara cəhd edib. Sumqayıt24 bu haqda 10 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə gecə saatlarında baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı evdə anası ilə mübahisə edib. Sonra isə polis bölməsinin yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O, dərhal xəstəxanaya çatdırılıb, lakin tibbi müdaxilələrə baxmayaraq, səhər saatlarında ölüb.
E. Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb. Araşdırma aparılır.