Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Koroğlu prospektində qeydə alınıb. 63 yaşlı Hacıbaba Mədətovun idarə etdiyi "KamAZ", 32 yaşlı Fuad Zəkiyevin idarə etdiyi "Lada" və 40 yaşlı Samir Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində yol kənarındakı dayanacaqda olan piyadalar - 17 yaşlı Cəmilə Əhmədzadə və 60 yaşlı Aqil Əliyev xəsarət alıblar.
Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi yardım briqadaları cəlb olunublar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.