Sumqayıtda kişi küçədə ölüb. Sumqayıt24 bu haqda 21 oktyabr tarixində xəbər verir.
Hadisə 20 oktyabr axşam saatlarında Koroğlu prospektində baş verib. 53 yaşlı İlahəddin Atakişiyev “Yaşıl Ada” restoranının önündə qəflətən yıxılıb və dünyasını dəyişib.
Əraziyə Təcili Tibbi Yardım Xəstəxanasının briqadası və Polis İdarəsinin əməkdaşları cəlb olunublar.
Səbəblər araşdırılır.