Səhər saatlarında Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb. Sumqayıt24 bu barədə 13 sentyabr tarixində xəbər verir.
Abşeron yarımadasına yağan leysan yollardakı hərəkəti çətinləşdirib. Sürücülərin avtomobilləri aşağı sürətlə idarə etdikləri üçün Masazır dairəsindən “20 Yanvar” ərazisinədək sıxlıq müşahidə olunub.