Mədəniyyət naziri Adil Kərimlinin Sumqayıtda keçiriləcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Görüş nəzərdə tutulan 27 oktyabr tarixindən oktyabrın 31-nə keçirilib. Nazir saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ünvan: Heydər Əliyev Mərkəzi (Zülfü Hacıyev küçəsi, 53).