Sumqayıtda 2 vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 1 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN-in qaynar xəttinə daxil olan məlumatla əlaqədar xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində biri uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.