Sabahın hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 19-da Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən fasilələrlə yağış ehtimalı var.
Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 10-13, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762-yə enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 50-60% olacaq.