Sumqayıt Tibb Mərkəzində (STM) mediatur keçirilib. Sumqayıt24 bu haqda 22 iyun tarixində xəbər verir.
Tədbir TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilib. Məqsəd media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini mərkəzin fəaliyyət istiqamətləri, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etmək olub.