Sumqayıtda “K-pop” festivalı təşkil olunacaq. Bu haqda 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
Festival fevralın 25-də saat 13:00-da Nəriman Nərimanov adına Mədəniyyət Evində baş tutacaq. Biletlərin qiyməti 5 AZN-dir.
“K-pop” (“Korean pop”) Cənubi Koreyada yaranan və Qərb elektropop, hip-hop, rəqs musiqisi və müasir ritm-blüz elementlərini özündə birləşdirən musiqi janrıdır.
Əlaqə nömrəsi: (077) 801-28-26.