Sumqayıtda “Opel” yanıb. Sumqayıt24 bu haqda 16 may tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. Minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Maşının qalan hissəsi mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri alovun qarşısını alıb.