Şəhid Cəbrayıl Dövlətzadənin adını "Palmali"-nin növbəti gəmisi daşıyacaq. Bu haqda bu gün, 27 aprel tarixində şirkət öz İnstagram hesabında xəbər verib.
Bu xəbəri “Palmali Holding”-in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək ona çatdırıb. Şəhidimizin adını daşıyacaq qəmi mayın 3-ü səyahətə çıxacaq. Cəbrayılın xatirəsini əbədiləşdirmək üçün gəmidə onun guşəsi yaradılacaq.
Cəbrayıl ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, həmçinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.