Sumqayıtda yerləşən əmlak hərraca çıxarılır. Bu haqda 2 sentyabr tarixində Sumqayıt24 Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Xüsusi müsadirə edilmiş əmlak kompleksi (avadanlıqları ilə birlikdə) Kimyaçılar qəsəbəsi, ev 1 ünvanında yerləşir. Auksion oktyabrın 2-si saat 11:00-da keçiriləcək.
Hərracla bağlı ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.