Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda 11 may tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. 18 yaşlı Aydan Həbibovanı “Chevrolet” markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.