Nəqliyyat məsələləri üzrə ekspert Bakı-Sumqayıt yolundakı tıxacın həllindən danışıb. Sumqayıt24 bu haqda 23 iyun tarixində Azxeber.com-a istinadən xəbər verir.
Ərşad Hüseynovun sözlərinə görə, metrobuslar baha olsa da, onların təşkili xüsusi texniki iş tələb etmir. Lakin bu nəqliyyat növünün də Bakı-Sumqayıt yolundakı sıxlığı aradan qaldıracağı sual altındadır.
Ekspertin fikrincə, yoldakı tıxacın və sıxlığın qarşısını almaq üçün ən uyğun seçim metrodur. Bu həm də sərnişinlərin dəfələrlə nəqliyyat vasitəsi dəyişməsinin və vaxt itkisinin qarşısını ala bilər.