Sumqayıtda intihara cəhdin qarşısı alınıb. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Narkotik aludəçisi, 37 yaşlı Elçin Tarverdiyev yaşadığı ünvanda özünü qapının çərçivəsindən asmağa cəhd edib. Əraziyə polis əməkdaşları cəlb olunublar və intiharın qarşısı alınıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.