Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə etüd-sərgi baş tutub. Bu haqda 22 iyun tarixində Sumqayıt24 xəbər verir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir Nəsimi adına dənizkənarı istirahət parkında təşkil olunub. Etüddə gənc rəssamlar Azərbaycan əsgərinin əzmkarlığını rəsmlərində əks etdiriblər.
Məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsidir.