Sumqayıtda meyit tapılıb. Sumqayıt24 bu haqda 27 sentyabr tarixində xəbər verir.
Hadisə bu gün “Nəsimi” parkında, yaşayış komplekslərinin yaxınlığında baş verib. Əraziyə cəlb olunan Post Patrul Xidmətinin əməkdaşları 60 yaşlı Pənah İsmayılovun ağacdan asılmış cəsədini aşkarlayıblar. Kişinin intihar etdiyi bildirilir.