Sumqayıtda uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 3 noyabr tarixində xəbər verir.
Hadisə dünən axşam baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumat əsasında müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Onlar nəzarətsiz qalmış uşağı xilas ediblər.