Elm və təhsil nazirinin müavini Sumqayıtda qəbul keçirib. Sumqayıt24 bu haqda 22 may tarixində xəbər verir.
Həsən Həsənli şəhər sakinləri ilə Heydər Əliyev Mərkəzində görüşüb. Vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.
Nazir müavini onları dinləyib. Hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib.