Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini qəbul keçirib. Sumqayıt24 bu haqda 10 fevral tarixində xəbər verir.
Hidayət Abdullayev fevralın 9-da Sumqayıt sakinləri ilə görüşüb. Müraciətçilər arasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olublar. Müavin onların sosial vəziyyəti ilə maraqlanıb. Vətəndaşların qurumun səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, məsələlərin həlli üçün tədbirlər görülüb.