Sumqayıt şəhərinin Niyazi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 12 fevral tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Hadisə Paralimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. İdarəetməni itirən “Nissan” markalı avtomobil yol kənarındakı ağaclara və yol nişanına çarpılıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.