Novxanı çimərliklərindən biri istifadə üçün təhlükəlidir. Sumqayıt24 bu haqda 28 iyun tarixində Xezerxeber.az-a istinadən xəbər verir.
Yayın başlaması ilə dənizə üz tutanların, habelə suda batanların sayı artıb. Bədbəxt hadisələrin hamısı nəzarət edilməyən ərazilərdə baş verib. Nəzarətsiz, qeyri-çimərlik ərazilərində boğulma riski daha çoxdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili bildirib ki, Novxanının “Sarı qaya” kimi tanınan ərazisində çimmək təhlükəlidir. Bu kimi yerlərdə sualtı axıntılar normadan artıq olur, orada qəfil rastlaşılan dərinliklər və məhdud görüntü mövcuddur.