Novxanıda qəza baş verib. Sumqayıt24 bu haqda 16 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bu gün səhər saatlarında “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək divara çarpılıb. 1 nəfər maşında sıxılmış vəziyyətdə qalıb.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Nəticədə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.