Novxanıda fəaliyyət göstərən restoranda yanğın baş verib. Bu haqda 18 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Birmərtəbəli 120 kv.metrlik obyektin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə, dəhlizin və təndirxananın lambirdən ibarət tavanı 50 kv.m sahədə, 1 ədəd elektrik lövhəsi və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
Yüksək temperaturdan 2 ədəd plastik qapı və 4 ədəd pəncərə çərçivəsi əriyib.
Ətraf tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.