Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı planlaşdırılır. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Bununla bağlı məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Seymur Adıgözəlov bildirib.
"Agentlik "2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası"na uyğun olaraq, "yaşıl enerji" üzrə transformasiya layihələri həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir. Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq, alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək", – deyə o qeyd edib.
S. Adıgözəlov əlavə edib ki, bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulur.