Sumqayıtda avtomobil alışıb. Sumqayıt24 bu haqda 10 fevral tarixində xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.
Yanğının yaxınlıqdakı tikililərə keçmədən qarşısı alınıb.