Sumqayıtda itkin ana və övladları tapılıblar. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
14 gün öncə yoxa çıxan 33 yaşlı Şəbnəm Alıyeva, onun azyaşlı iki övladı – 12 yaşlı Ayan və 11 yaşlı Ayxan canlı efirə qoşulublar. Qadın bildirib ki, həyat yoldaşı ilə problemi var:
“13 ildir hər kəs bilir, ağlamaqdan yorulmuşam. Heç kim sahib çıxmadı mənə, yaşamaq istəyirəm, ölmək istəmirəm”.