Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində açıq dərslərin keçirilməsinə başlanılıb. Sumqayıt24 bu barədə 2 noyabr tarixində xəbər verir.
Əsas məqsəd tədris prosesindəki təlim metodlarının düzgün istifadəsi, dərsin planı, mövzu üzrə biliklərin qiymətləndirilməsi, dərs metodlarının istifadə qaydasını diqqətə çatdırmaqdır.
"Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator" ixtisası üzrə 1 illik qrupda ixtisas fənn müəllimi Ülviyyə Allahverənovanın açıq dərsindən görüntü: [modula id="44877"]