Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "İnsan və vətəndaş hüquqları" adlı maarifləndirici tədbir keçirilib. Bu haqda 23 may tarixində Sumqayıt24 xəbər verir.
"18 may-18 iyun İnsan Hüquqları aylığı" çərçivəsində keçirilən toplantıda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak edib. Burada beynəlxalq hüquqi əsasların və ölkəmizdə hüquq prinsiplərinin tarixinin yaranması haqqında məlumat verilib. İştirakçılara insan hüquqları haqqında videoçarx nümayiş olunub. Tədbir diskussiya formatında davam edib.