Sumqayıtda avtomobil piyadanı vurub. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
Hadisə şəhərin 6-cı mikrorayonunda baş verib. Yolu keçmək istəyən piyada, 43 yaşlı Altay Kişiyevi maşın vurub. Sürücü hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.