Sumqayıtda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası baş tutub. Bu haqda bu gün, 25 iyun tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Məlumata əsasən, aksiya zamanı ümumi tutumu 3000 litrdən çox olan plastik butulka yığılıb. Toplanan plastik qablar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndiriləcək.
“Bildiyiniz kimi, yay mövsümündə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”, - Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
Qeyd edək ki, Bakıda baş tutan aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılmışdır.