Sumqayıtda qəzəlxan-şair Lilpar Cəmşidqızının "Divan" kitabının təqdimat mərasimi təşkil olunub. Bu haqda 15 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Əli Kərimli adına Poeziya Evində baş tutan tədbirə tanınmış şairə Xatirə Xatun aparıcılıq edib. Mərasimdə muğam ifaçısı və bilicisi, Əməkdar müəllim, Milli Konservatoriyanın baş müəllimi Qəzənfər Abbasov öz tələbələri ilə birlikdə, 2013-cü il Muğam müsabiqəsinin laureatı, tanınmış xanəndə Xətai Hacıyev və bir çox tanınmış qələm adamları iştirak ediblər.
Yığıncağın sonunda çıxış edən Lilpar Cəmşidqızı bütün qonaqlarına öz təşəkkürünü bildirib.