Sumqayıtda 15,6 ton məhsul utilizasiya olunub. Sumqayıt24 bu haqda 20 iyun tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
“Qurman Plyus” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş müxtəlif növ ət və süd məhsulları “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.