Sumqayıtda batan qadın tapılıb. Sumqayıt24 bu haqda 27 iyun tarixində xəbər verir.
Hadisə dünən “priçal” kimi tanınan ərazidə baş verib. Şahidlərin sözlərinə görə, qadın özü dənizə atılıb. Yaxınlıqda olan kişi onu xilas etmək üçün suya tullansa da, özü də batma təhlükəsi ilə üzləşib.
Məlumata əsasən, axtarışlar nəticəsində qadının meyiti dənizdən çıxarılıb. Onun 62 yaşlı Şərahət Şöyübova olduğu müəyyənləşib.
Səbəb araşdırılır.