Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Bu haqda 1 may tarixində Sumqayıt24 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Nəzarət tədbirləri zamanı Sülh küçəsi 76-cı məhəllədə yerləşən şəhər qəbiristanlığının ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.