Qızıl Aypara Cəmiyyətin (QAC) Sumqayıt şəhər bölməsinin gənclər mərkəzində könüllülərə seminar keçirilib. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Ailə və Uşaqların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova dinləyiciləri salamlayaraq təlimin vacibliyi haqqında danışıb.
Daha sonra Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvü Sona Nəzərova könüllülərə huşsuz nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və praktiki olaraq nümayiş etdirib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.