Sumqayıtda “İlk yardım zamanı nə etməli” mövzusunda təlim təşkil olunacaq. Bu haqda 13 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Seminar Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt Şəhər bölməsinin təlimçisi tərəfindən könüllülər üçün keçiriləcək. Maarifləndirici tədbir 16 yanvar saat 11:00-da baş tutacaq.
İştirak etmək istəyənlər Ailə və Uşaqların Sosial İnkişafına Dəstək Facebook səhifəsinin mesaj Bölməsinə ad, soyadınını qeyd edə bilərlər.
Ünvan: Mehdi Hüseynzadə, 7.