Sumqayıtda qadın intihar məqsədilə dənizə atılıb. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.
Hadisə “Priçal” kimi tanınan ərazidə baş verib. Şahidlərin sözlərinə görə, yaxınlıqda olan gənc onu xilas etmək üçün ardınca suya tullanıb. Lakin qadın hələ də tapılmayıb.
Əraziyə polis əməkdaşları gəliblər. Hadisə ilə bağlı xilasedicilərə də məlumat verilib.