Qadın sürücüyə qorxulu anlar yaşadan taksi sürücüsü saxlanılıb. Bu haqda 25 may tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, hadisə Bakı–Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib. Yolun hərəkət hissəsində avtomobilini saxlayaraq, dəyənəklə digər sürücüyə hədə-qorxu gələn Sumqayıt sakini Namiq Sultanov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.