Sumqayıtda sərnişin daşıyan avtobus qapısı açıq halda idarə edilib. Bu haqda 1 may tarixində Sumqayıt24 xəbər verir.
Söhbət 7 nömrəli marşrut avtobusundan gedir. Sərnişinlərin sözlərinə görə, qapı nasaz olduğundan bağlanmayıb.
“Ayaq üstə dayanan sərnişinlər hər an təhlükə ilə üz-üzə qalıblar. Qapıdan tuturduq ki, yıxılmayaq”, - deyə şikayətçilər bildiriblər.