1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman verdi və Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda qətliam törətdi. Həmin zaman Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Onların arasında qadınlar, uşaqlar və qocalar var idi.
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı 22 yanvar Bakının “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!