Coratda bıçaqlanan 11 yaşlı Hüseyn Zülfüqarlının son durumu açıqlanıb. Sumqayıt24 bu haqda 21 avqust tarixində Lent.az-a istinadən xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, qəsəbə sakini olan yeniyetmə saat 00:45-də Uşaq xəstəxanasına daxil olub. Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub.
Hüseyn əməliyyat olunub. Vəziyyəti stabil ağırdır.
Xatırladaq ki, Hüseynin böyük qardaşı, 16 yaşlı Əlfüqar Zülfüqarlı anasını öldürüb, onu isə yaralayıb.